AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.11.2009 14:24

Sərbəst və Yunan-Roma güləşi üzrə Bakı çempionları müəyyənləşəcək

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Noyabrın 24-26-da Sərbəst və Yunan-Roma güləşi üzrə Bakı çempionatı keçiriləcək. Çempionatın keçirilməsində məqsəd Bakı şəhərində Sərbəst və Yunan-Roma güləşi idman növünü təbliğ və inkişaf etdirmək, paytaxtdakı idman cəmiyyətlərində təlim-məşq prosesini təkmilləşdirmək, idmançıların ustalıq səviyyəsini artırmaq və Respublika yarışlarına namizədləri müəyyənləşdirməkdir.

Yarışın hazırlığına və keçirilməsinə ümumi rəhbərlik Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən həyata keçirilir.

Şəxsi və komanda hesabında keçirilən yarışda Kütləvi İdman Cəmiyyətləri, Uşaq və Gənclər İdman Məktəbləri, idarə və müəssisələrin yığma komandaları iştirak edə bilər. İştirak üçün idmançıların ən azı I idman dərəcəsi olmalıdır. Mövcud beynəlxalq qaydalara uyğun keçiriləcək yarışda 1992-ci il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər.

Çempionatın rəsmi açılış mərasimi noyabrın 24-də saat 17.00-da Bakı İdman Oyunları Sarayında baş tutacaq.

55, 66, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər noyabrın 24-də, 60, 74 və 96 kq çəki dərəcəsində sərbəst güləşçilər isə noyabrın 25-də mübarizə aparacaqlar. Həmin gün 55 və 66 kq çəki dərəcəsində Yunan-Roma güləşçiləri də mübarizəyə qoşulacaq. Çempionatın son günü isə 60, 74, 84, 96 və 120 kq çəki dərəcəsində Yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.

Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar. Bakı çempionatının nəticələrinə əsasən ilk 5 yeri tutmuş idmançılar 2009-cu ilin dekabrında keçiriləcək yığma komandaların tərkibinin müəyyənləşəcəyi Respublika turnirində iştirak etmək hüququ qazanacaqlar.

 

 

Oxu 2970 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW