AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.11.2009 18:51

Yeniyetmələrdən ibarət yığma komandaların heyəti müəyyənləşəcək

Materialı qiymətləndirin
(0 səs)

8-11 noyabr 2009-cu il tarixdə Abu-Arena idman kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (1993-1995-ci il təvəllüdlü) arasında Respublika turniri keçiriləcək. Turnirin keçirilməsində məqsəd Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi növlərinin inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında vətənə məhəbbət hislərini aşılamaq və ehtiyat qüvvələri aşkar etməkdir. 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində yarışların keçiriləcəyi turnirdə region birinciliklərində qalib gəlmiş güləşçilər iştirak edəcək.

Turnirin açılış mərasimi 9 noyabr 2009-cu il tarixdə saat 17.00-da Abu-Arena idman kompleksində baş tutacaq. Yarışların keçirilməsinə Azərbaycan Güləş Federasiyası rəhbərlik edir. Qaliblər medal, diplom və mükafatlarla təltif ediləcək.

Qeyd edək ki, Respublika turnirinin nəticələrinə əsasən hər güləş növü üzrə yığma komandaların heyəti müəyyənləşəcək və bu heyət 2010-cu ilin yanvar ayında şəhid idmançı Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

 

 

Oxu 2959 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW