AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
31.10.2009 10:59

Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə həsr olunmuş Respublika turniri keçirilir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

30 oktyabr – 1 noyabr 2009-cu il tarixdə Masallı rayonu Olimpiya İdman Kompleksində Azərbaycanın əməkdar məşqçisi, idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələr (1996-1997-ci illər) arasında Respublika turniri keçirilir. Turnirin keçirilməsində məqsəd əməkdar məşqçi Nadir Ağayevin xatirəsini yad etmək, yeniyetmələri vətənpərvər ruhunda tərbiyə etmək və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaqdır. FİLA-nın mövcud qaydalarına əsasən keçirilən turnirdə 32, 35, 38, 42, 47, 53, 59, 66, 73 və 85 kq çəki dərəcələri üzrə (hər çəki dərəcəsindən 1 (bir) idmançı) 17 komandanı təmsil edən 142 idmançı iştirak edir.

Yarışlarda müvafiq çəki dərəcələri üzrə fəxri kürsüyə yüksələn idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.

Turnir Azərbaycan Güləş Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilir.

 

 

 

Oxu 3323 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW