AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.10.2009 20:33

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnirin açılış mərasimi olub

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

Oktyabrın 10-da Milli Qəhrəman, əməkdar məşqçi Əliyar Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Respublika turnirinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Babək Babayev, yunan-Roma güləşi üzrə vitse-prezident və böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Cəfərov, olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, dünya çempionatının bürünc mükafatçıları Rövşən Bayramov və Vitali Rəhimov, eləcə də Milli Qəhrəman Əliyar Əliyevin yaxın qohumları iştirak ediblər.

Azərbaycan himninin səslənməsi ilə başlanan mərasimdə çıxış edən AGF yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov güləşçiləri salamladı və onlara uğurlar arzuladı.

Bu mötəbər turnirin ölkəmizdə güləş idman növünə gənclərin marağının artırılmasında və gənc güləşçilərin tərcübələrinin artırılmasında müstəsna əhəmiyyətini qeyd edən Elçin Cəfərov yarışların bundan sonra da davam etdirilməsinin vacibliyini bildirdi.

“Dövlət başçısı cənab İlham Əliyevin idmançılara diqqət və qayğısının nəticəsidir ki, bu gün güləşçilərimiz Dünya və Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pillələrinə qalxa bilirlər. Qazanılan bu nəticələr gənclərimizdə idmana və idmanın güləş növünə marağı günü-gündən artırır. Bu da təbii olaraq Azərbaycan Güləş Federasiyasını və bütün məşqçi heyətini daha artıq həvəslə çalışmağa sövq edir”.

Oxu 3267 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW