AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.10.2009 05:00

Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Respublika turniri

  • Çap
  • Email
Materialı qiymətləndirin
(0 səs)

9-11 oktyabr 2009-cu il tarixdə Bakıda Milli Qəhrəman, SSRİ idman ustası, əməkdar məşqçi Əliyar Yusif oğlu Əliyevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında Respublika turniri keçiriləcək. Turnir milli qəhrəman Əliyar Əliyevin xatirəsini yad etmək, gəncləri vətənpərvər ruhunda tərbiyə etmək və sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir. FİLA-nın mövcud qaydalarına əsasən 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq-a qədər çəki dərəcələri üzrə (hər çəki dərəcəsindən 1 (bir) idmançı) keçiriləcək yarışlarda Azərbaycan Güləş Federasiyasının Nümayəndəlikləri və ayrı-ayrı idman cəmiyyətlərindən 1990-1992-ci il təvəllüdlü idmançılar iştirak edəcək.  

Yarışlarda müvafiq çəki dərəcələri üzrə fəxri kürsüyə yüksələn idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarışlar 9-11 oktyabr tarixlərində “Abu Arena” idman kompleksində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi isə 10 oktyabr 2009-cu il, saat 17.00-da baş tutacaq.


Oxu 3614 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW