AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.07.2013 17:35

Universiada-2013: Baqomedova gümüş, Netreba bürünc qazandı

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir.

Proqrama əsasən, yarışların üçüncü günündə 48, 55, 63 və 72 kq çəkidə qadın güləşi üzrə müsabiqələr keçirilib.

48 kq
Patimat Baqomedova 1/8 finaldan mübarizəyə başlayıb. O Braziliya güləşçisi Graziela Conceicao üzərində inamlı (7:0) qələbə qazanıb. Növbəti mərhələdə Patimat Kanada güləşçisi Nataşa Krambleni də (5:0) tam üstünlüklə məğlub edib və yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna təmsilçisi Mariya Livaçı (4:1) üstələyən Patimat Baqomedova finala yüksəlib. Finalda rəqib yapon Eri Tosaka ilə görüş güləşçimiz üçün uğurlu alınmayıb və o, gümüş medalla kifayətlənib. 

55 kq
1/8 finaldan mübarizəyə qoşulan Yarina Dubovska Moldova təmsilçisi Mariana Esanu üzərində tam üstünlüklə (5:0) qalib gəlib. Növbəti mərhələdə təmsilçimiz monqol güləşçisi Orxon Purevdorj ilə qarşılaşıb. Ancaq görüş güləşçimiz üçün uğurlu alınmayıb. 

63 kq
İrina Netreba 1/8 finalda Türkiyə güləşçisi Hafize Şahini (8:0) məğlub etsə də, növbəti görüşdə monqol güləşçisi Battsetseg Soronzonbolda uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal yolu açıb. Təsəlliverici görüşdə İrina Netreba Litva güləşçisi Gidre Blekayte üzərində (8:0) qələbə qazanıb. Bürünc medal uğrundan həlledici görüşdə isə rəqib yapon Rio Vatari olub. Gərgin keçən qarşılaşma İrina Netrebanın (6:6) xeyrinə başa çatıb.

72 kq
Gözəl Zutova mübarizəyə 1/4 finaldan qoşulub və qazax Elmira Sızdıkovanı (5:0) tam üstünlüklə məğlub edib. Yarımfinalda güləşçimiz Rusiya təmsilçisi Yekaterina Bukina ilə qarşılaşmadan məğlub yarılıb.  Gözəl Zutova bürünc medal uğrunda Kanada güləşçisi Erika Viebe ilə görüşü də uduzub və Universiadanı 5-ci sırada tamamlayıb. 

Xatırladaq ki, Universiadada güləş yarışlarının ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Komandamızın aktivində 1 gümüş və 1 bürünc medal var.

Oxu 4785 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW