AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.07.2013 17:11

Universiada-2013: 1 gümüş və 1 bürünc medal

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları start götürüb. 

Proqrama əsasən, yarışların ikinci günündə 60, 74 və 96 kq çəkidə sərbəst güləş üzrə müsabiqələr keçirilib.

60 kq
Hacı Əliyev ilk görüşündə fransız Antoin Massida ilə görüşdən (8:0) qalib ayrılıb. Növbəti görüşdən isə iranlı Behnam Ehsanpur (2:0) qalib ayrılıb. Rəqib finala yüksəldiyindən Hacı bürünc medal şansı əldə edib. Təsəlliverici görüşdə təmsilçimiz monqol güləşçisi Nemexbayar Batsayxan üzərində (8:0) qələbə qazanıb. Həlledici görüşdə bolqar Stefan İvanovu (7:0) məğlub edən Hacı Əliyev Universiadanın bürünc medalını qazanıb. 

74 kq
Cəbrayıl Həsənovun ilk rəqibi Rumıniya güləşçisi Marius Atofani olub. 10:2 hesablı qələbə güləşçimizi 1/8 finala yüksəldib. Bu mərhələdə rəqib erməni Qriqor Qriqoryan olub. Onu da (10:3) məğlub edən Cəbrayıl 1/4 finala yüksəlib. Növbəti rəqib qırğız İnnokenti İnnokentev olub. Gərgin keçən qarşılaşma güləşçimizin (4:4) xeyrinə başa çatıb. Yarımfinalda Cəbrayıl Həsənovun rəqibi Serbiya təmsilçisi Zaur Əfəndiyev olub. 6:3 qalib gələn güləşçimiz adını finala yazdırıb. Finalda rəqib Rusiya güləşçisi Denis Çarquşa məğlub olan Cəbrayıl Həsənov gümüş medalla kifayətlənib. 

96 kq
1/8 finaldan mübarizəyə qoşulan digər güləşçimiz Hacı Şərifov erməni rəqibi Edgar Yenokyana (7:0) qalib gəlib. Növbəti mərhələdə güləşçimiz qırğız Məhəmməd Musayevi (2:1) üstələyib. Yarımfinalda güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla görüşdən məğlub ayrılıb. Hacı Şəfirov bürünc medal uğrunda monqol güləşçisi Xuderbulqa Dorjxandla həlledici görüşü də uduzaraq Universiadanı beşinci sırada tamamlayıb. 

Xatırladaq ki, Universiadada güləş yarışlarının ilk günündə sərbəst güləşçilərimizdən Ağahüseyn Mustafayev və Aleksandr Qostiyev beşinci olublar.
Oxu 5587 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW