AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.07.2013 17:24

Universiada-2013: Mustafayev və Qostiyev beşinci oldu

  • Çap
  • Email
Materialı qiymətləndirin
(7 səs)
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları start götürüb. 

Proqrama əsasən, yarışların ilk günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləş üzrə müsabiqələr keçirilir.


55 kq
Yaşar Əliyev mübarizəyə 1/8 finaldan qoşulub, ancaq ABŞ təmsilçisi Niko Megaludisə (3:1) məğlub olub. 

66 kq
Ağahüseyn Mustafayev ilk görüşdə Türkiyə güləşçisi Mustafa Kayanı (4:1) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə o, Rusiya güləşçisi Maqomed Kurbanaliyevlə qarşılaşıb. Ancaq görüş güləşçimiz üçün (4:0) uğurlu alınmayıb. Rəqib finala yüksəldiyindən Ağahüseyn təsəlliverici görüşə qatılıb. Kanada güləşçisi Brian Huttonu (4:0) məğlub edib. Güləşçimiz bürünc medal uğrunda monqol təmsilçisi Mandaxnaran Ganzoriqlə görüşdə uduzub və Universiadanı 5-ci sırada tamamlayıb.

84 kq
Aleksandr Qostiyev isə mübarizəyə 1/16 finaldan başlayıb. Alman Karsten Kopp üzərində (4:0) qələbə qazanıb və 1/8 finala yüksəlib. Bu mərhələdə Koreya güləşçisi Minvon Seonu da (4:0) məğlub edib. 1/4 finalda güləşçimiz macar İstvan Vereblə görüşdən də (4:0) qalib ayrılıb. Yarımfinalda Aleksandr Qostiyev Rusiya təmsilçisi Şamil Kudiyamaqomedovla qarşılaşıb. Ancaq görüş Rusiya güləşçisinin xeyrinə (3:1) başa çatıb. Aleksandr Qostiyev bürünc medal uğrunda görüşdə İran güləşçisi Məhəmmədhüseyn Məhəmmədiana uduzub və Universiadanı 5-ci sırada tamamlayıb.

120 kq
Cəmaləddin Məhəmmədov 1/8 finalda yapon güləşçisi Tomoyuki Okanı (8:0) məğlub edib.  1/4 finalda Türkiyə güləşçisi Taka Akgüllə gərgin keçən qarşılaşmadan rəqib güləşçi (3:2) qalib ayrılıb. Güləşçimiz təsəlliverici görüşə qatılıb. Ancaq Cəmaləddin Məhəmmədov bürünc medal şansını əldən verib.

Qeyd edək ki, sərbəst güləş yarışlarında baş məşqçi Maqomed Aliomarov və böyük məşqçi Firdovsi Umudovun başçılığı altında ölkəmizi Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq) Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Hacı Şərifov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edir.
Oxu 5064 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW