AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.06.2013 12:30

Sərbəst güləş yığmamız Universiadaya Belarusda hazırlaşır

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
10-16 iyul 2013-cü il tarixdə Rusiyanın Kazan şəhərində Tələbələrin 27-ci Ümumdünya Universiadası yarışları keçiriləcək.

Universiadada sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komanda üzvlərinın iştirak etməsi nəzərdə tutulub. Yarışlara daha yaxşı hazırlaşmaq məqsədilə məşqçilər korpusunun rəyinə əsasən iyunun 23-dən iyulun 8-dək Minskdə Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterovun başçılığı altında 14 güləşçi TMT-da iştirak edəcək. Heyətdə Mahmud Məhəmmədov, Yaşar Əliyev (hər ikisi 55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev, Ruslan Dibirhacıyev (hər ikisi 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq),  Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev (hər ikisi 84 kq), Hacı Şərifov, Şərif Şərifov, Xetaq Qazyumov (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Aslan Dzebişov (hər ikisi 120 kq) yer alıb.
Oxu 4229 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW