AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.06.2017 12:47

Sərbəst güləşçilər Tbilisidə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib. Baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 

Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə gümüş medalla kifayətlənib. Hər üç güləşçimiz finalda gürcü idmanşılarla qarşılaşıb. 

Bürünc medalı isə yığmamıza 70 kq-da yarışan Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.






Oxu 3280 dəfə
Tweet

Comments   

 
0 #1 Senka oo1 2017-06-15 15:12
https://www.youtube.com/watch?v=FfWbMEd98mk&feature;=youtu.be
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW