AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.11.2016 10:53

“Qızıl Qran Pri” turnirinə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçı qatılacaq / ANONS

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. 

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə "Azərtac" İnformasiya Agentliyidir. 



Oxu 2457 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW