AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.07.2016 17:37

Almaniya Qran Prisində ilk gün 4 qızıl və 1 gümüş medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(6 səs)
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir.

İlk yarış günündə 65, 74, 86 və 97 kq çəkidə sərbəst, 66, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 4 qızıl və 1 gümüş medalla başa vurub.

Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi Çingiz Labazanovla gərgin keçən görüşü qalib başa vurub və turnirin qızıl medalını qazanıb. 

Sərbəst güləş yarışlarında 65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olub. Gərgin keçən görüşü üstün tamamlayan Toğrul turnirin qızıl medalına sahib olub.

86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionumuz Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxstandan olan rəqiblərini üstələyib. Şərif Şərifovun zədə səbəbindən final görüşünə çıxmaması ilə Nurməhəmməd Hacıyev turnirin qızıl medalına yiyələnib.

97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə görüşü də qalib başa vurub və turnirin qızıl medalını qazanıb. 

Yarışı aşağıdakı linkdən canlı izləmək mümkündür.

http://sporttv1.de/

Yunan roma
75 kq
1/8 final - Rafiq Hüseynov - Berq Sebastlan (SWE) 9:0
1/4 final - Varga Oldrich(CZE) - Rafiq Hüseynov 2:9
1/2 final - Vilson Jayson (USA) - Rafiq Hüseynov 2:12
FİNAL - Rafiq Hüseynov - Çingiz Labazanov (RUS) 3*:3

Sərbəst güləş
65 kq
1/4 final - Dorn Niklas (GER) -Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Mustafa Zopalı (TUR) 10:0
FİNAL - Frank Molinaro (USA) - Toğrul Əsgərov 4:5

86 kq
1/16 final - Amarhaly Mahammadau (BLR) - Nurməhəmməd Hacıyev 4:7
1/8 final - Kaufmehl Maykl (GER) - Nurməhəmməd Hacıyev 2:12
1/8 final - Şərif Şərifov - Konstantin Volk (GER) 10:0
1/4 final - Jden Cok (USA) - Şərif Şərifov 2:6
1/4 final - Jeizerzans Sebastian (POL) - Nurməhəmməd Hacıyev 0:10
1/2 final - Adilet Davlumayev (KAZ) - Şərif Şərifov 4:8
1/2 final - Zbiqnev Baranovski (POL) - Nurməhəmməd Hacıyev 0:5
FİNAL - Şərif Şərifov - Nurməhəmməd Hacıyev 0:5

97 kq
1/8 final - Xetaq Qazyumov - Nobl Jordan (FRA)11:0
1/4 final - Xetaq Qazyumov - Serdar Bone (TUR) 10:0
1/2 final - Kyle Snyder (USA) - Xetaq Qazyumov 1:2
FİNAL - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:5



Oxu 5150 dəfə
Tweet

Comments   

 
0 #1 zaur 2016-07-05 11:43
admin salam bu yarishdaki gorushlerin videosunu yukleseniz gozel olar. minnetdaram
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW