AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.11.2015 16:10

Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Bu gün Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub. Sonra iştirakçı komandaların bayraqları arenaya gətirilib. 

Mərasimdə çıxış edən Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, bu turnir Dünya Güləş Birliyinin təqvim planının ən güclü yarışlardan biridir. 

"Dostluq, qardaşlıq və qarşılıqlı hörmət şəraitində gücünü sınamaq üçün bütün qitələrdən gəlmiş buradakı bütün güləşçiləri təbrik edirəm. 2016-cı ilin avqust ayında Rioda keçiriləcək Olimpiya Oyunlarına aparan bu yüksək səviyyəli yarış güləşi idman aləminin ən yüksək zirvələrinə qaldırmağa çalışan Azərbaycan Güləş Federasiyasının dinamik inkişafından xəbər verir".

Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev artıq 8-ci ildir keçirilən bu mötəbər yarışın təşkilini Azərbaycana etibar etdiyinə görə Dünya Güləş Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. AGF rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib: 

"Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan bir müddət öncə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq idman tədbirinin təşkili və keçirilməsi bütün dünya idman ictimaiyyəti, qonaqlar və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. London Yay Olimpiya Oyunlarında qazanılan nailiyyətləri davam etdirən pəhləvanlarımız 6 qızıl, 2 gümüş və 7 bürünc medal əldə etməklə bütün xalqımızı sevindirdilər. Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən Olimpiadaya lisenziya xarakterli Dünya çempionatında isə güləşçilərimiz 11 vəsiqəni təmin etdilər. Qazanılan bu uğurlar Azərbaycanın ümumi tərəqqisinin, güləş idman növünün yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsidir. Qarşıda bizi Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunları gözləyir. Hədəfimiz bu Oyunlarda yüksək əyarlı medallar qazanaraq bayrağımızı yüksəltmək, himnimizi səsləndirməkdir". 

Çempionatda iştirak edən idmançılara uğurlar arzulayan AGF I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yarışı açıq elan edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə yarışların təntənəli açılış mərasimi başa çatıb.

Sonra ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin fəxri qonağı, Dağıstan Respublikasının baş naziri, Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidov tərəfindən Azərbaycan və Dağıstan arasında bütün sahələrdə əməkdaşlığın və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun adına fəxri diplom təqdim edilib. Diplomu AGF I vitse-prezidenti Namiq Əliyev qəbul edib. Güləşin inkişafındakı xidmətlərinə görə Dağıstan Respublikasının baş naziri, Dağıstan Güləş Federasiyasının prezidenti Abdusamad Həmidova Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson DGB-nin xatirə plaketini, AGF rəsmisi isə yarışın xatirə hədiyyəsini təqdim edib.  


Oxu 1556 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW