AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.07.2014 18:55

QQP-2014: Mariya Stadnik və Yuliya Ratkeviç qızıl medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
"Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi davam edir. İkinci yarış günündə qadın güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.

Güləşçilərimiz ikinci yarış günündə 2 qızıl medal qazanıb. Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Məlumat üçün bildirək ki, turnirin qalib və mükafatçılarına diplom, medal və pul mükafatı ilə yanaşı, xüsusi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turniri üçün İsveçrənin Breitling firması tərəfindən hazırlanmış məhdud sayda qol saatı və xatirə döş nişanı hədiyyə edilir.

48 kq
1/8 final - Mariya Stadnik - Jessika Blazska (NED) 9:0
1/4 final - Elena Vostrikova (RUS) - Kəmalə Əliyeva 8:4
1/4 final - Tatyana Baratyuk (KAZ) - Mariya Stadnik 0:11
1/2 final - Mariya Stadnik - Yuki İrie (JPN) 12:1
FİNAL - Elena Vostrikova (RUS) - Mariya Stadnik 0:6
Bürünc medal görüşü - Kəmalə Əliyeva - Narangerel Erdenesux (MGL) 0:10

53 kq
1/4 final - Maria Prevolaraki (GRE) - Patimat Baqomedova 5:2 (güləşçimiz zədələndiyindən görüşü davam etdirə bilməyib)
1/4 final - Julduz Eşimova (KAZ) - Anjela Doroqan 1*:1
Bürünc medal görüşü - Patimat Baqomedova - Julduz Eşimova (KAZ) 0:3

58 kq
1/8 final - İrina Netreba - Syaulim Kasimova (KAZ) 10:0
1/4 final - İrina Netreba - Ganna Vasilenko (UKR) 0:8
Təsəlliverici görüş - Karima Sançez (ESP) - İrina Netreba 2:8
Bürünc medal görüşü - İrina Netreba - Emese Barka (HUN) 5:8

60 kq
1/4 final - Yuliya Ratkeviç - Anna Maksimova (RUS) 8:2
1/2 final - Petra Olli (FİN) - Yuliya Ratkeviç 0:6
FİNAL - Yuliya Ratkeviç - Katsuki Sakagami (JPN) 9:5

63 kq
1/4 final - İrina Boqdanova (RUS) - Gözəl Zutova 10:4

69 kq
1/8 final - Nadya Sementsova - Randi Miller (USA) 1:7


Oxu 4430 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW