AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.07.2014 18:29

“Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi ilə əlaqədar mətbuat konfransı keçirilib / FOTO

Materialı qiymətləndirin
(3 səs)
İyulun 25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində AGF-nin I vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev və FİLA-nın prezidenti Nenad Laloviçin iştirakı ilə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında FİLA-nın prezidenti Nenad Laloviç iki il əvvəl Azərbaycana son səfərindən sonra ölkəmizin, xüsusən paytaxt Bakının sürətlə inkişaf etdiyini bildirib. Paytaxtınızda çox yeniliklərin şahidi oldum. Ölkənizin inkişafını Azərbaycan güləşinin inkişafına bənzədirəm. Bu gün sizin idmana bağlılığınız, maliyyə dayaqlarınız, federasiyanızın inkişafı göz qarşısındadır. Azərbaycanda olmağımızdan şadıq.

Azərbaycan mötəbər idman yarışlarının keçirilməsində peşəkar olduğunu vurğulayan N.Laloviç “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin yüksək səviyyədə təşkil edildiyini bildirib. Finlandiyada keçirilən Avropa çempionatında püşkün xüsusi qaydada atılmasına münasibət bildirən Nenad Laloviç deyib ki, yeni qaydada atılan püşkdən heç kim narazı qalmır. İstər FİLA, istər hakimlər, istərsə də məşqçilər arasında tam şəffaflığı təmin etmək üçün belə etdik.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev “Qızıl Qran-pri” turnirinin final mərhələsində dünyanın ən güclü idmançılarının iştirak etdiyini deyib. Yarışda il ərzində keçirilən üç “Qran-pri”nin qalibləri, Olimpiya, dünya və Avropa çempionları mübarizə aparırlar.

N.Əliyev bildirib ki, aparıcı güləşçilərimiz zədəli olduğuna görə yarışda orta tərkibli yığma komandamız mübarizə aparır. Bu yarışın nəticələrinə əsasən, qarşıdan gələn dünya çempionatında müəyyən çəki dərəcələrində iştirak edəcək güləşçilər müəyyənləşəcək.


Oxu 3271 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW