AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.07.2014 14:50

Sərbəst güləşçilərimiz "Qızıl Qran Pri" turnirinin final mərhələsinə hazırlaşır

Materialı qiymətləndirin
(4 səs)
25-27 iyul 2014-cü il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə ölkə yığma komandaları təlim-məşq toplanışlarını davam etdirir.

Sərbəst güləş üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandalarımız iyulun 6-dan etibarən Xaçmaz Olimpiya İdman Kompleksində birgə təlim-məşq toplanışına başlayıb.

Böyüklərdən ibarət komandaya baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 18 güləşçi cəlb olunub.

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edən gənclərdən ibarət yığmanın heyətinə isə 15 güləşçi qatılıb.

Bundan başqa, Bolqarıstan yığmasının üzvləri Leonid Bazan (74 kq) və dünya çempionu Mixail Qanev (97 kq), Belarus yığmasının üzvləri Olimpiya mükafatçısı Murad Qaydarov (86 kq) və dünya çempionu Aleksey Şemarov (125 kq), həmçinin Rumıniya güləşçisi Stefan Georgita (86 kq) da Xaçmazda yığma komandamızla birgə təlim-məşq toplanışında iştirak edir.

Təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək.




Oxu 3817 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW