AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.03.2014 22:29

Belarusdan 1 gümüş və 1 bürünc medal / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri başa çatıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla tamamlayıb.

Turnirin ilk günündə 60 kq-da təmsilçimiz İrina Netreba finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Anastasiya Huçoka məğlub olan İrina gümüş medalla kifayətlənib.

İkinci yarış günündə mübarizəyə qoşulan Anjela Doroqan (53 kq) ardıcıl olaraq Rusiyadan iki güləşçini üstələsə də, yarımfinalda Belarus təmsilçisinə uduzub. Həlledici görüşdə Belarusun digər təmsilçisini məğlub edən güləşçimiz bürünc medala sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
Oxu 3845 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW