AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
27.02.2014 10:20

Güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaq

Materialı qiymətləndirin
(2 səs)
1-2 mart 2014-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 44-cü beynəlxalq Qran Pri turniri keçiriləcək. Turnirdə ölkə yığma komandasının 3 qadın və 1 sərbəst güləşçisi iştirak edəcək.

Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Xatiyev (86 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.


Oxu 3013 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW