AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.02.2014 12:22

Qadın güləşçilərimiz Paris Qran Prisində iştirak edəcək

Materialı qiymətləndirin
(2 səs)
8-9 fevral 2014-cü il tarixdə Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək. Hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edəcək.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Fransaya yollanıb. Heyətdə Mariya Stadnik, Yuliya Ratkeviç və Səbirə Əliyeva yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov iştirak edəcək.


Oxu 3349 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW