AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.08.2016 11:56

Olimpiadada 9 medal qazanmış güləşçilər Vətənə qayıdıb / FOTO

Materialı qiymətləndirin
(2 səs)
Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də Vətənə qayıdıblar.

“Rio-2016” Olimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar.

Sonra Olimpiya millisinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə daim böyük qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u - 3 gümüş və 6 bürünc medal güləş yığmalarımızın payına düşür. Sərbəst güləşçilərimizdən Toğrul Əsgərov, Xetaq Qazyumov, qadın güləşçimiz Mariya Stadnik yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov Olimpiya Oyunlarının bürünc medalını qazanıblar.



Oxu 4807 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW