AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
21.08.2016 17:55

Rio-2016: Toğrul Əsgərov və Xetaq Qazyumov gümüş medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Güləş yarışlarının son günündə 65 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

65 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu Toğrul Əsgərov ikinci dəfə qatıldığı Olimpiadanın da finalına yüksəlib. Güləşçimiz ardıcıl olaraq Ukraynadan Andriy Kvyatkovskiy, ABŞ-dan Frank Molinaro üzərində inamlı qələbə qazanıb. Yarımfinalda İtaliya güləşçisi Frank Çamizonu da məğlub edən Toğrul finala yüksəlib. Finalda Rusiya idmançısı Soslan Ramonova uduzan güləşçimiz Rio Olimpiadasının gümüş medalına yiyələnib. 

97 kq çəkidəki təmsilçimiz Olimpiya Oyunlarının ikiqat bürünc medalçısı Xetaq Qazyumov üçüncü dəfə qatıldığı Olimpiadada finala yüksəlib. Güləşçimiz ilk olaraq Polşadan Radoslav Baranı məğlub edib. Ardınca İran təmsilçisi Reza Yazdanini mübarizədən kənarlaşdıran Xetaq Özbəkistan idmançısı Maqomed İbrahimovdan da üstün olub. Yarımfinalda Ukrayna təmsilçisi Valeriy Andriytsevi də tam üstünlüklə məğlub edən güləşçimiz finala yüksəlib. Finalda Xetaq Qazyumov son dünya çempionu olan ABŞ idmançısı Frederik Snayderlə qarşılaşıb. Görüş rəqibin minimal hesablı üstünlüyü ilə başa çatıb və Xetaq Qazyumov Rio Olimpiadasını gümüş medalla başa vurub.

65 kq
FİNAL - Toğrul Əsgərov - Soslan Ramonov (RUS) 0:11
1/2 final - Frank Çamizo (İTA) - Toğrul Əsgərov 4:7
1/4 final - Toğrul Əsgərov - Frank Aniello Molinaro (USA) 10:0
1/8 final - Toğrul Əsgərov - Andriy Kvyatkovskiy (UKR) 12:2

97 kq
FİNAL - Kyle Frederick Snyder (USA) - Xetaq Qazyumov 2:1
1/2 final - Valerii Andriytsev (UKR) - Xetaq Qazyumov 0:11
1/4 final - Maqomed İbrahimov (UZB) - Xetaq Qazyumov 3:12
1/8 final - Reza Mohammad Ali Yazdani (İRİ) - Xetaq Qazyumov 1:2
1/16 final - Radoslaw Baran (POL) - Xetaq Qazyumov 0:3

Görüşlərin nəticələrini aşağıdakı linklərdən onlayn izləyə bilərsiniz.

https://unitedworldwrestling.org/event/olympic-games   

https://www.rio2016.com/en/wrestling

FOTO: İlqar Cəfərov, Dilavər Nəcəfov





Oxu 14892 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW