AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.08.2016 23:53

Rio-2016: Nataliya Sinişin bürünc medal qazandı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Güləş yarışlarının beşinci günündə 53, 63 və 75 kq çəki dərəcələrində qadınlar arasında qaliblər müəyyənləşib. Yığmamız bir çəkidə idmançı ilə təmsil olunub.

53 kq çəki dərəcəsində mübarizə aparan Nataliya Sinişin ilk görüşündə 3 qat Olimpiya çempionu Saori Yoşida ilə qarşılaşıb və rəqibinə məğlub olub. Onun finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Seneqaldan İsabelle Sambounu üstələyən Nataliya Sinişin bürünc medal görüşünə haqq qazanıb. Venesuela idmançısı Arguello Villegasa qalib gələn güləşçimiz Olimpiya Oyunlarının bürünc medalını qazanıb. 

53 kq
Bürünc medal görüşü - Nataliya Sinişin - Betzabeth Angelica Arguello Villegas (VEN) 2:1
Təsəlliverici görüş - Nataliya Sinişin - İsabelle Sambou (SEN) 4:0
1/8 final - Saori Yoşida (JPN) - Nataliya Sinişin 4:0

Görüşlərin nəticələrini aşağıdakı linklərdən onlayn izləyə bilərsiniz.

https://unitedworldwrestling.org/event/olympic-games   

https://www.rio2016.com/en/wrestling

FOTO: İlqar Cəfərov


Oxu 4230 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW