AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
17.08.2016 23:14

Rio-2016: Mariya Stadnikdən ikinci gümüş, Yuliya Ratkeviç beşinci oldu / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Güləş yarışlarının dördüncü günündə 48, 58 və 69 kq çəki dərəcələrində qadınlar arasında qaliblər müəyyənləşib.

48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Mariya Stadnik ilk görüşündə Argentinadan Patricia Bermudezi, ardınca Polşadan İvona Matkovskanı, yarımfinalda isə Bolqarıstandan Elıitsa Yankovanın tam üstünlüklə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Yaponiya təmsilçisi Eri Tosaka ilə qarşılaşan Mariya Stadnik sona 3 saniyə qalmış rəqibə xal verərək uduzub və Rio Olimpiadasını gümüş medalla başa vurub.

Xatırladaq ki, buna qədər güləşçimiz Olimpiya Oyunlarının gümüş (London-2012) və bürünc mükafatçısı (Pekin-2008), Dünya çempionu (2009), beşqat Avropa çempionu (2008, 2009, 2011, 2014, 2016) və Avropa Oyunlarının qalibi (2015)olaraq Azərbaycan qadın güləşində önəmli tarix yazıb. Bütün bu nailiyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi" medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

58 kq çəkidə mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Ukraynadan Oksana Herhel, ardınca Kolumbiyadan Renteria Castillo üzərində inamlı qələbə qazanıb. Yarımfinalda Yaponiyadan üçqat Olimpiya çempionu Kaori İçoya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Tunis idmançısı Marva Amri ilə qarşılaşan Yuliya Ratkeviç görüşü məğlub başa vurub və Rio Olimpiadasını 5-ci sırada tamamlayıb.

48 kq
FİNAL - Eri Tosaka (JPN) - Mariya Stadnik 3:2
1/2 final - Mariya Stadnik - Elitsa Atanasova Yankova (BUL) 6:0 (tuşe)
1/4 final - Mariya Stadnik -  İwona Nina Matkowska POL) 10:0
1/8 final - Mariya Stadnik - Patricia Alejandra Bermudez (ARG) 10:0 (48 san.)

58 kq
Bürünc medal görüşü - Marva Amri (TUN) - Yuliya Ratkeviç 6:3
1/2 final - Kaori İço (JPN) - Yuliya Ratkeviç 10:0
1/4 final - Jackeline Renteria Castillo (COL) - Yuliya Ratkeviç 3:7
1/8 final - Oksana Herhel (UKR) - Yuliya Ratkeviç 5:7

Görüşlərin nəticələrini aşağıdakı linklərdən onlayn izləyə bilərsiniz.

https://unitedworldwrestling.org/event/olympic-games   

https://www.rio2016.com/en/wrestling

FOTO: İlqar Cəfərov, Dilavər Nəcəfov


Oxu 7633 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW