AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.08.2016 03:27

Sabah Şəriəti: "Çox şadam ki, Azərbaycan bayrağını ucaltdım"

  • Çap
  • Email
Materialı qiymətləndirin
(2 səs)
"Çox şadam ki, olimpiya medalı qazandım və Azərbaycan bayrağını ucaltdım".

Bunu mətbuata açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 130 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Sabah Şəriəti deyib. 

27 yaşlı idmançı son 3 ildə çətin məşqlər keçdiyini bildirərək, məşqçilər heyəti, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyinə yaratdıqları şərait qarşılığında minnətdarlıq edib. O bürünc medal uğrunda görüşdə yendiyi almaniyalı Eduard Poppu güclü rəqib adlandırıb: "Əvvəllər Avropa çempionatında Poppa uduzmuşdum. Bu dəfə məşqçilərin təlimatına əsasən, onunla fərqli döyüşdüm. Nəticədə kürəyini yerə sıxaraq, asan görünən qələbə qazandım".

Şəriəti Poppun kürəyini yerə sıxarkən, Almaniya tərəfi hakimlərin təmiz qələbə qərarına etiraz edib. Azərbaycan təmsilçisi bildirib ki, həmin vaxt bundan heç bir narahatlıq keçirməyib və təmiz qələbə qazandığına əmin olub. O, 1/8 finalda ABŞ təmsilçisi Robert Timoti Devid Smitlə qarşılaşmada boynundan aldığı zədə üzündən növbəti görüşdə türkiyəli Rıza Kayaalp önünə hissiyyatsız vəziyyətdə çıxdığını söyləyib. İranlı legioner Kayaalpa məğlubiyyəti bununla əlaqələndirib. 

Təcrübəli pəhləvan Azərbaycana güləş növündə ən ağır çəkidə ilk olimpiya medalı qazandırmasından xəbərdar olduğunu da vurğulayıb: "Bu ölkədə ağır çəkidə medal qazanmaq həmişə problem olub. Ötən il də Avropa Oyunlarında gümüş medal qazanmışdım. İndi isə olimpiadada bürünc mükafatçı oldum. Bu medalı bütün Azərbaycan xalqına, azərbaycanlılara həsr edirəm". 


Oxu 2462 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW