AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.08.2016 22:31

Rio-2016: Rövşən Bayramov yarışları beşinci sırada tamamladı / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(10 səs)
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar 14-16 avqust tarixlərində baş tutacaq.

Güləş yarışlarının ilk günündə 59 və 75 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşib. 

Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, Dünya və ikiqat Avropa çempionu Rövşən Bayramov (59 kq) əvvəlcə Venesueladan olan rəqibi Rodrigez Orozconu, ardınca ABŞ idmançısı David Thielkeni tam üstünlüklə məğlub edib. Yarımfinalda Yaponiya güləşçisi Şinobu Otaya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Norveçdən Stig-Andre Berge ilə görüşdə bərabərlik qeydə alınsa da, son xalı rəqib qazandığından qələbə də ona verilib. Rövşən Bayramov 3-cü dəfə qatıldığı Olimpiya Oyunlarını 5-ci sırada tamamlayıb.

59 kq
Bürünc medal görüşü - Stig-Andre Berge (NOR) - Rövşən Bayramov 1*:1
1/2 final - Rövşən Bayramov - Şinobu Ota (JPN) 2:4
1/4 final - Rövşən Bayramov - Jesse David Thielke (USA) 9:0
1/8 final - Rövşən Bayramov - Raiber Jose Rodrigez Orozco (VEN) 8:0

75 kq
1/4 final - Peter Bacsi (HUN) - Elvin Mürsəliyev 5:0
1/8 final - Elvin Mürsəliyev - Doszhan Kartikov (KAZ) 5:1
1/16 final - Elvin Mürsəliyev - Mahmoud Fawzy Rashad Sebie (EGY) 2:1

Görüşlərin nəticələrini aşağıdakı linkdən onlayn izləyə bilərsiniz.

https://unitedworldwrestling.org/event/olympic-games


Oxu 9167 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW