AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
02.08.2016 12:43

Güləş yığmalarımız Rio-de-Janeyroya yola düşüb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV-lərin nümayəndələri iştirak ediblər.

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri də Braziliyaya yola düşən nümayəndə heyəti arasında olub. Güləşçilərimiz Olimpiya Oyunlarının keçiriləcəyi Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında da iştirak edəcək. 

Olimpiadada ölkəmizi təmsil edəcək 14 güləşçidən 6-sı sərbəst, 5-i yunan-Roma, 3-ü isə qadın güləşi üzrə yarışlarda iştirak edəcək.

14-16 avqustda mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərimiz baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edəcək. Heyətdə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) yer alacaq. 

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yarışlarında Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq. Yarışlar 19-21 avqustda baş tutacaq. 
 
Bundan başqa, güləş yarışlarının idarə edilməsində Azərbaycanı Olimpiya dərəcəli hakim Hicran Şərifov da təmsil edəcək. 


Oxu 4658 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW