AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.05.2016 21:08

Gözəl Zutova Dünya təsnifat turnirində bürünc medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev Rio Olimpiadasına vəsiqə qazanıb. 

İkinci yarış günündə qadın güləşçilər mübarizə aparıb.

75 kq çəkidə mübarizə aparan güləşçimiz Gözəl Zutova ilk görüşdə Hindistandan Kiran Kiranı, ardınca isə Monqolustandan Burmaa Oçirbatı vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Yarımfinalda Almaniya təmsilçisi Maria Selmaier ilə gərgin keçən görüşdə uduzan güləşçimiz finala yüksələ və Olimpiadaya vəsiqə əldə edə bilməyib. Gözəl Zutova bürünc medal uğrunda görüşə çıxıb. Norveç təmsilçisi Maria Solheim üzərində tam üstünlüklə qələbə qazanan güləşçimiz təsnifat turnirinin bürünc medalına yiyələnib.

63 kq
1/8 final - Elis Manolova - Monika Eva Mixalik (POL) 0:4
Təsəlliverici görüş - Kriszta Tunde İncze (ROM) - Elis Manolova 11:1

75 kq
1/8 final - Kiran Kiran (İND) - Gözəl Zutova 0:2 (tuşe)
1/4 final - Gözəl Zutova - Burmaa Oçirbat (MGL) 4:0 (tuşe)
1/2 final - Maria Selmaier (GER) - Gözəl Zutova 12:5
Bürünc medal görüşü - İselin Maria Moen Solheim (NOR) - Gözəl Zutova 0:8

Məlumat üçün bildirək ki, güləş yığmalarımız Rio-de Janeyro Olimpiya Oyunlarına 14 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.



Oxu 2140 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW