AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
24.04.2016 10:15

Mircəlal Həsənzadə gümüş medal və Rio Olimpiadasına vəsiqə qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri başa çatıb.

Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır. 

Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə ilk görüşündə Guamdan Ethan Tomapanı 57 saniyə ərzində tam üstünlüklə məğlub edib. Ardınca Moldovadan Aleksandru Chirtoaca üzərində qələbə qazanan güləşçimiz yarımfinala yüksəlib. Hindistan təmsilçisi Sandip Tomarla gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, xalların keyfiyyətinə və son xalı qazandığına görə Mircəlal Həsənzadə finalay yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləş yığmalarımızın qazandığı 13-cü, sərbəst güləşçilərimizin isə 6-cı Olimpiya vəsiqəsi olub. Beləliklə, sərbəst güləş yığmamız Olimpiadada tam heyətlə iştirak edəcək. 

Final görüşündə güləşçimiz Rumıniyadan İvan Guideaya uduzub və I Dünya təsnifat turnirinin gümüş medalına yiyələnib.  

57 kq
1/8 final - Mircəlal Həsənzadə - Ethan Tomapa (Guam) 10:0 (55 san.)
1/4 final - Mircəlal Həsənzadə - Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final - Mircəlal Həsənzadə - Sandip Tomar (IND) 8*:8
FİNAL - İvan Guidea (ROM) - Mircəlal Həsənzadə 8:3

Məlumat üçün bildirək ki, güləş yığmalarımız buna qədər Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Görüşləri aşağıdakı linkdən canlı izləmək mümkündür. 

https://unitedworldwrestling.org/event/1st-og-world-qualifying-tournament

 

Oxu 2849 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW