AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
16.04.2016 10:38

Cəbrayıl Həsənov qızıl medal və Rio Olimpiadasına vəsiqə qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(9 səs)
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.

İkinci yarış günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb. 

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Olimpiya Oyunlarına qazandıqları 12-ci lisenziya oldu.

Avropa təsnifat turnirinin finalında Cəbrayıl Həsənovun rəqibi Gürcüstan təmsilçisi Jakob Maxaraşvili olub. Bu görüşü də tam üstünlüklə qələbə ilə başa vuran Cəbrayıl turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan güləşçimiz rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal verməyib. 

Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan İrina Netreba ilk görüşdə Çexiyadan Adela Hanzlickovanı üstələsə də, Rusiya təmsilçisi Anastasia Bratçikovaya uzudub və lisenziya şansını itirib. Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileiou ilə bürünc medal uğrunda görüşə çıxıb. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib qalib olub, güləşçimiz yarışı 5-ci sırada tamamlayıb.  

63 kq (qadın)
1/4 final - Adela Hanzlickova (CZE) - İrina Netreba 4:10
1/2 final - İrina Netreba - Anastasia Bratçikova (RUS) 2:7
Bürünc medal görüşü - Aqoro Papavasileiou (GRE) - İrina Netreba 9*:9

74 kq (sərbəst)
1/8 final - Cəbrayıl Həsənov - Aleksandru Burca (MDA) 11:0
1/4 final - Cəbrayıl Həsənov - Kristian Brzozovski (POL) 10:0 (1 dəq 46 san)
1/2 final - Cəbrayıl Həsənov - Suren Xaçatryan (ARM) 10:0 (51 san) (Olimpiadaya lisenziya qazandı)
FİNAL - Cəbrayıl Həsənov - Jakob Maxaraşvili (GEO) 11:0

 


Oxu 6314 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW