AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.04.2016 16:16

Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başlayır / HEYƏT

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.

Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq.  Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. 

Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışlarında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. 

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Turnirin proqramı 
15 aprel - 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma 
16 aprel - 58, 63 kq qadın, 74, 86 kq sərbəst, 75, 85 kq yunan-Roma 
17 aprel -  69, 75 kq qadın, 97, 125 kq sərbəst, 98, 130 kq yunan-Roma 

İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq. 


Oxu 1637 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW