AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
18.03.2016 11:34

Böyüklərdən ibarət yığmalarımız Olimpiya təsnifat turnirlərinə hazırlığı davam etdirir

  • Çap
  • Email
Materialı qiymətləndirin
(8 səs)
Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. 

Olimpiya Oyunlarının təsnifat turnirlərinə hazırlıq planı üzrə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın üzvləri məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, yunan-Roma güləşçiləri isə Bakıda Olimpiya Güləş Mərkəzində davam etdirir. 

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın 12 üzvünün qatıldığı təlim-məşq toplanışı martın 17-dən başlayıb və aprelin 3-dək davam edəcək.

Yunan-Roma güləşçilərimiz isə U-23 Avropa çempionatına hazırlıqlarını davam etdirən yığma üzvləri ilə birgə təlim-məşq toplanışındadır və məşqlər martın 27-dək davam edəcək. 
 
Məlumat üçün bildirək ki, ilk lisenziyaların qazanıldığı Dünya çempionatında güləşçilərimiz Rio Olimpiadasına 11 vəsiqəni təmin edib. Növbəti lisenziya yarışları 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq. 

Qeyd edək ki, Serbiyada keçiriləcək Avropa və İstanbulda keçiriləcək sonuncu Dünya təsnifat turnirlərində hər çəki dərəcəsində yalnız finalçılar, Monqolustanda keçiriləcək birinci Dünya təsnifat turnirində isə finalçılarla yanaşı, bir üçüncü yerin qalibi də Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 


Oxu 3301 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW