AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
04.03.2016 13:36

Olimpiya Oyunlarında lider güləşçilər fərqli qruplarda mübarizə aparacaq / YENİLİK

Materialı qiymətləndirin
(2 səs)
Dünya Güləş Birliyi güləş idman növünün dünyada populyarlığının artırılması üçün mütərəqqi addımlar atmaqda davam edir. Beynəlxalq Olimpiya Komitəsi və DGB İcraiyyə Komitəsinin üzvləri ilə aparılan danışıqların nəticəsində Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının güləş yarışlarında tətbiq ediləcək yeni bir qərar qəbul edilib. 

Bu qərara əsasən, 2015-ci ildə Las Veqasda keçirilmiş Dünya çempionatının finalçıları Olimpiya Oyunlarında eyni yarımqrupda mübarizə aparmayacaq. Püşkatma zamanı "kor püşk" adlandırılan metoddan istifadə edilir, ancaq bu qayda Dünya çempionatının finalçılarına şamil edilməyəcək. Qərara əsasən, Dünya çempionatının qalibi üst yarımqrupda, gümüş medalçı isə alt yarımqrupda mübarizə aparacaq. Bu qərar güclü idmançıların Olimpiya Oyunlarının finalına çıxma şansını artıracaq. 

Bu qərar Dünya çempionatının finalında güləşən və lisenziya qazanan idmançıların özlərinin Olimpiya Oyunlarında iştirakı zamanı tətbiq ediləcək. Əgər milli federasiyalar Olimpiya Oyunlarına lisenziya qazanan idmançının özünü deyil, başqa birini iştirak ərizəsinə yazarsa, o zaman bu qərar tətbiq edilməyəcək. 


Oxu 3536 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW