AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.10.2014 10:45

Nanjinq Olimpiadasının qalibləri mükafatlandırıldı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Azərbaycan Güləş Federasiyasında Nanjinqdə keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən güləşçilərin mükafatlandırma mərasimi olub.

Mərasimdə çıxış edən AGF-nin baş katibi Əjdər Cəfərov güləşçiləri və yığma komandanın məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda da əldə olunan bu uğuru davam etdirmələrini arzulayıb:

“Bu qələbədən başgicəllənməsi olmamalıdır. Çalışmalısınız ki, yeni qələbələr qazanaraq xalqımızı, güləş ictimaiyyətini sevindirəsiniz. Sizin hazırlığınız və inkişafınız üçün ölkəmizdə dövlət səviyyəsində mühüm işlər görülür. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idmanla və idmançılarla şəxsən maraqlanır, onların həm hazırlığı, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Olimpiya Oyunlarından sonra keçirilmiş görüşdə də siz özünüz bunun əyani şahidi oldunuz.

Federasiya Prezidenti cənab Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyevin adından hər birinizi təbrik edirəm. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən sizə göstərilən diqqət və qayğı yüksək səviyyədə, etimad isə tamdır. Sizdən tələb olunan isə, yalnız məşq etmək, hazırlaşmaq, qazandığınız bu uğurları gələcəkdə də davam etdirməkdir".

Sonra qaliblərə AGF tərəfindən pul mükafatları təqdim edilib.

Xatırladaq ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçirilib. 5 iştirakçı ilə təmsil olunan güləş yığmamız 3 qızıl və 2 gümüş medala sahib olub. Qızıl medalları yığmamıza sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) qazandırıb. Gümüş medalları isə, qadın güləşçimiz Leyla Qurbanova (52 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) əldə edib.





Oxu 5698 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW