AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.08.2014 14:00

Nanjinq-2014: İslambek qızıl, Cabbar gümüş medal qazandı / FOTO-VİDEO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
25-27 avqust 2014-cü il tarixdə yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları keçiriləcək. İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb.

Artıq püşkatma mərasimi olub və güləşçilərimizin rəqibləri məlumdur. Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparıb. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışıb. İlk gün mübarizə aparan hər iki güləşçimiz finala qədər maneəsiz irəliləyib. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

50 kq  çəki dərəcəsində təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparıb. Moldova, İran və Türkiyə güləşçiləri üzərində qazanılan inamlı qələbələr güləşçimizi finala yüksəldib. Finalda Cabbar Özbəkistan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb, güləşçimiz gümüş medalla kifayətlənib.  

1-ci dövrə - Uğur Beytekin (TUR) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İRİ)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (MDA) - Cabbar Nəcəfov 0:8

FİNAL - Cabbar Nəcəfov - İlxom Baxromov (UZB) 5:6

69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə, A yarımqrupunda mübarizə aparıb. Final yolunda güləşçimiz Misir, Qazaxstan və Özbəkistandan olan rəqiblərini məğlub edib. Həlledici görüşdə güləşçimizin rəqibi ABŞ idmançısı olub. Minimal hesablı qələbə qazanan güləşçimiz qızıl medal qazanıb və Olimpiya çempionu olub.

1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (UZB) 5:0
2-ci dövrə - İbrahim Omar (EGY) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (KAZ) - İslambek Dadov 0:2

FİNAL - İslambek Dadov - Mason Manville (USA) 1:0

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşçilərimiz 2 qızıl medal qazanmışdı. Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışdı.










Oxu 8634 dəfə
Tweet

Comments   

 
+1 #1 seid 2014-08-25 13:03
halaldi cabbar 1 ci yere cixmalisan goycayin adini yukseltmelisem ;-) ;-) ;-) :P :P :P :P :P :roll: :roll:
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW