AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.08.2014 15:17

Güləşçilər yeniyetmələrin II Yay Olimpiya Oyunlarına tam heyətlə yollanır / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(4 səs)
Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan nümayəndə heyətinin yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Çinə yola salınması ilə bağlı tədbir keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb və idmançılara uğurlar arzulayıb.

Sonra Azərbaycan milli komandasının 2010-cu ildə Sinqapurda keçirilən birinci Yay Olimpiya Oyunlarındakı çıxışına həsr olunan slayd-şou nümayiş etdirilib.

Azərbaycan “Nanjinq-2014”də idmanın 7 növü üzrə 19 nəfərlik heyətlə təmsil olunacaq. Güləş yarışlarında komandamız tam heyətlə iştirak edəcək. Güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstan Respublikasının Samokov şəhərində keçirilən Avropa çempionatında qazanıb.

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçiriləcək. Ölkəmizi sərbəst güləş yarışlarında Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev hakimlik edəcək.

Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında güləşçilərimiz tam heyətlə iştirak etmiş, 4 qızıl və 1 gümüş medala sahib olmuşdular.


Oxu 4231 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW