AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.05.2014 10:14

Güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə gedəcək

Materialı qiymətləndirin
(2 səs)
25-27 avqust 2014-cü il tarixdə Çin Xalq Respublikasının Nanjinq şəhərində yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək.

Olimpiya Oyunlarında yeniyetmə qızlar 46, 52, 60 və 70 kq, sərbəst güləşçilər 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçiləri isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində mübarizə aparacaq. FİLA qaydalarına əsasən, Olimpiya Oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.

Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında güləşçilərimiz yetərli sayda lisenziyalar qazanıb və Olimpiya Oyunlarında tam heyətlə (5 güləşçi ilə) iştirak edəcək.

Belə ki, güləşçilərimiz sərbəst növ üzrə 46, 63 və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 və 69 kq-da, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində lisenziya əldə edib.

Oxu 3771 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW