AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
08.09.2013 22:23

Güləş 2020-ci il Olimpiya Oyunlarının proqramına daxil edildi

  • Çap
  • Email
Materialı qiymətləndirin
(5 səs)
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında güləş idman növü ilə bağlı tarixi qərar verilib.

Belə ki, bu ilin fevralında güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı qərar qəbul edən BOK fikrindən vaz keçib. Beləliklə, 7 ildən sonra Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının proqramında güləş idman növü də olacaq.

Xatırladaq ki, 4 illiyin zirvə yarışında təmsil olunmaq üçün güləşlə yanaşı, beysbol/softbol və skvoş idman növləri də mübarizə aparırdı. Amma BOK üzvlərinin səsverməsi nəticəsində güləş səslərin yarıdan çoxunu (49) yığaraq, beysbol/softbol (24) və skvoşu (22) geridə qoyub.


Oxu 5587 dəfə
Tweet

Comments   

 
+1 #1 Seyyid 2013-09-09 00:54
Salam Hamini tebrik edirem demek yenede Olimpiya oyunlarinda gulesh novunden gizil gumush ve burunc medallar elde edeceyik.Tebrik ler!!!!!!
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW