AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
12.07.2013 11:48

Namiq Əliyev: “Güləşin Olimpiya Oyunlarından çıxarılması səhv addım olar”

Materialı qiymətləndirin
(3 səs)
Azərbaycanda idmanın güləş növündə nəzərə çarpacaq dərəcədə irəliləyiş mövcuddur.  Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev deyib.

“İdmanın inkişafı üçün müəyyən vaxt tələb olunur. Hesab edirəm ki, ölkəmizdə güləş idman növünün inkişafına nail olmuşuq. Güclü və istedadlı güləşçilər hazırlanmışdır ki, onlar Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Hazırda respublikamızda 40 minə yaxın insan idmanın güləş növü ilə məşğul olur. Bu göstərici ölkəmizdə güləşə marağın bariz nümunəsidir”.

Böyük çəki dərəcələrində problemlərin olduğunu diqqətə çatdıran N.Əliyev, əksinə, aşağı çəki dərəcələrində böyük rəqabətin olduğunu bildirib:

“Aşağı çəki dərəcələrinin hər birində eyni səviyyəli 7-8 güləşçimiz var ki, bu da sağlam rəqabətə yol açır”.

N.Əliyev nəzərə çatdırıb ki, güləş idman növünün olimpiya oyunlarının proqramından çıxarılması səhv addımdır:

“Bunu Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri də anlayırlar. Bu mötəbər yarışın iki min ildən artıq tarixi var. Adından da göründüyü kimi, marafon və yunan-Roma güləşi bu yarışların özəyini təşkil edir. Düşünürəm ki, bu ilin sentyabrında BOK-un Buenos-Ayresdəki Konqresində çıxarılacaq qərar güləşin xeyrinə olacaq”.
Oxu 39624 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW