AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
13.02.2013 16:46

Əjdər Cəfərov: “İnanıram ki, BOK-un yekun qərarı güləşin lehinə olacaq”

Materialı qiymətləndirin
(4 səs)
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləş idman növünü 2020-ci ilin Yay Olimpiya Oyunlarından çıxarması barədə mətbuatda yayılmış məlumatlarla bağlı Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərovun fikirlərini öyrəndik. Baş katib BOK tərəfindən belə bir qərarın hələ qətiləşmədiyini bildirdi:

“Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada,  eləcə də Azərbaycanda təəccüb və narazılıqla qarşılanıb. Ancaq bütün güləş ictimaiyyətinə, həmçinin güləş həvəskarlarına bildirmək istəyirəm ki, bu sadəcə bir təşəbbüsdür. Belə bir təşəbbüs hələ Afina Yay Olimpiya Oyunlarından sonra da gündəmə gəlmişdi. Ancaq sonda verilən qərar güləşin lehinə olmuşdu. İnanır və ümid edirik ki, bu dəfə də belə olacaq və bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya Oyunlarından kənarda qalmayacaq”.

İrəli sürülən bu təşəbbüslə bağlı may ayında Sankt-Peterburqda baş tutacaq BOK İcraiyyə Komitəsinin iclasında 8 idman növünün təqdimatının keçiriləcəyini deyən Ə.Cəfərov yekun qərarın sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək BOK-un hesabat-seçki Konfransında veriləcəyini bildirdi.

Oxu 4571 dəfə
Tweet
Bu kateqoriyada digər materiallar Yeni tariximizin şanlı səhifəsi »

Comments   

 
+1 #1 solmaz 2013-02-13 18:00
gulewsiz olimpiya oyunlarinin hec bir menasi yoxdur.
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW