AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
14.08.2012 10:07

Yeni tariximizin şanlı səhifəsi

Materialı qiymətləndirin
(0 səs)
Başa çatan London Yay Olimpiya Oyunları Azərbaycan güləş tarixinə qızıl hərflərlə yazıldı. Pəhləvanlarımız 4 illiyin zirvə yarışında elə bir uğura imza atdılar ki, bu qələbələr hələ uzun müddət yaddaşlardan silinməyəcək.

1996-cı il Atlanta Yay Olimpiya Oyunlarından etibarən müstəqil dövlət kimi olimpiadalarda iştirak edən Azərbaycan daim güləşçilərimizin medallarına sevinib. Həmin il gümüş medal qazanan pəhləvanımız Namiq Abdullayev bunu 2000-ci ildə Sidneydə qızıla çevirdi. 4 il sonra Afinada Fərid Mansurovun timsalında daha bir qızıl medal qazanıldı. 2008-ci ildə Azərbaycan pəhləvanları Pekində ikisi gümüş, ikisi bürünc olmaqla 4 medal qazandılar. İndi isə ölkəmiz güləşçilərimizin daha böyük uğuruna sevinir – Londonda Toğrul Əsgərovla Şərif Şərifovun qızılı, Mariya Stadniklə Rövşən Bayramovun gümüşü, Yuliya Ratkeviç, Emin Əhmədov və Xetaq Qazyumovun bürüncü güləş tariximinə qızıl hərflərlə yazıldı.

Güləşçilərimiz Londonda məhz bu növdə qazanılan medalların sayına görə 2-ci nəticə göstərdilər. Sərbəst güləş yığmamız isə ABŞ-la birgə bu növdə 2 qızıl əldə edən 2 komandadan biri oldu.

Diqqət çəkən daha bir məqam medal qazanmış güləşçilərimizin əksəriyyətinin kifayət qədər gənc olmasıdır ki, bu da onların hələ daha bir neçə il yüksək səviyyədə güləşmək gücündə olduğuna inam verir. Üstəlik, Azərbaycan Güləş Federasiyasının apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmizdə hər il yeni-yeni adlar ortaya çıxır, yəni Azərbaycan dünya güləşinə istedadlar bəxş etməkdə davam edir.

Deməli, 4 il sonra Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr göstərmək iqtidarındayıq. Odur ki, Əlvida London, görüşənədək, Rio-de-Janeyro!

-----------------------------------------------------------

London-2012 ilk gün: Rövşən Bayramov gümüş, Emin Əhmədov bürünc qazandı / VİDEO

London-2012 ikinci gün: Həsən Əliyev beşinci oldu / VİDEO

London-2012 üçüncü gün: Şalva Qadabadze məğlub oldu / VİDEO

London-2012 dördüncü gün: Mariya Stadnik gümüş medal qazandı / VİDEO

London - 2012 beşinci gün: Yuliya Ratkeviç bürünc medal qazandı / VİDEO

London-2012 altıncı gün: Əşrəf Əliyev mübarizəni dayandırdı

London-2012 yeddinci gün: Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu oldu / VİDEO

London-2012 son gün: Xetaq Qazyumov bürünc qazandı, Cəbrayıl Həsənov beşinci oldu / VİDEO

Oxu 4809 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW