AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
26.07.2014 03:59

Semyon Çterev: “Güləşçilərimizin çıxışından razı qaldım”

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Semyon Çterev pəhləvanlarımızın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsindəki çıxışından razı qalıb.

“Azərbaycanın aparıcı güləşçiləri üçün “Qızıl Qran Pri” Daşkənddə keçiriləcək dünya çempionatından əvvəl son sınaq oldu. Bu turnirdəki nəticələri nəzərə alaraq, yığma komandanın tərkibini müəyyənləşdirəcəyik. Güləşçilərimizin çıxışından razı qaldım. Turnidə iştirak edən idmançıların heç vaxt olmadığı qədər güclü olduğunu xüsusilə vurğulamaq istəyirəm.

Fikir verin, uşarlarımızın neçəsi finala çıxdı. Hələ turnirdə bütün liderlərimiz çıxış edə bilmədi. Hacı Əliyev və Cəbrayıl Həsənovun çıxışını qeyd edərdim. Onlar milli komandaya əsas namizədlərdir, digər çəkilər haqda nəsə deyə bilmərəm.

Ümumiyyətlə, yığmaya çağıracağım güləşçilərin adlarını əvvəlcədən açıqlamaq istəməzdim. Çünki bu, həm əsas, həm də əvəzedici heyətin üzvlərinə yaxşı təsir göstərmir. Uşaqların hamısı bilməlidir ki, hər birinin şansı var.

Səhhətindəki problemlərə görə “Qızıl Qran Pri” yarışlarında iştirak edə bilməyən Həmzət Osmanov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov da toplanışa qatılacaq. Amma bir şərtlə ki, yaxın vaxtda zədələrini tam sağaltsınlar.

Dünya çempionatına gedəcək güləşçilərin adlarını Bakıda keçiriləcək sonuncu təlim-məşq toplanışının yekununda açıqlayacağam. Buna qədər isə Minskdə hazırlıq keçirməyi planlaşdırırıq”.




Oxu 3591 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW