AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
25.01.2018 17:33

Orxan Məmmədov AGF-nin baş katibi təyin olunub / FOTO

Materialı qiymətləndirin
(1 Səs)
Azərbaycan Güləş Federasiyasının Prezidenti Fazil Məmmədovun əmri ilə Federasiyanın baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib. 

Federasiya Prezidentinin əmrinə əsasən, Orxan Rasim oğlu Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub. 

Məlumat üçün bildirək ki, Orxan Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, əməkdar məşqçidir. 
 
Oxu 2063 dəfə
Tweet

Comments   

 
0 #1 Tural 2018-01-25 21:33
Tebrik edirem seni qardas.
TR-99-1
BAGIROV TURAL QEBELEDEN.
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW