AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.01.2018 12:05

Güləşçilərimiz ötən il 94 qızıl, 69 gümüş, 131 bürünc medal qazanıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Yola saldığımız 2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

Yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatları və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla toplam 99 medal qazanıb. Son 9 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı ildə 86 medal qazanıb. 

Böyüklər

İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İran İslam Respublikasında keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurub. 

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Sərbəst və qadın güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib. 

Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub. 

Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığmalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə Dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb. 

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub. 

U-23

Macarıstanın Sombathey şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığmamız Avropa üçüncüsü olub. 

Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə yığmalarımız 5 bürünc medal qazanıb. 

Gənclər 

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatıbda pəhləvanlarımız ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib. 

Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. 

Yeniyetmələr

2017-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıb. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub. 

Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilərimiz 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib. 

Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.

Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal qazanıb. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. U-23 Avropa və Dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.


Oxu 743 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW