AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
11.04.2017 11:24

Dünya Güləş Birliyi yarışların püşkatmasında ediləcək yenilikləri açıqlayıb

  • Çap
  • Email
Materialı qiymətləndirin
(3 səs)
Dünya Güləş Birliyi 2017-ci il Dünya çempionatının püşkatma sistemində ediləcək yeniliklər barədə məlumat verib. 

Belə ki, 2016-cı ildə keçirilən Rio Olimpiadası və qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya Çempionatı, 2017-ci ilin Qitə çempionatlarının yekununda qazanılmış xalların nəticəsinə əsasən hər çəki dərəcəsində ilk dördlükdə qərarlaşmış idmançılar püşkatmada iştirak etməyəcək. 

Dünya Güləş Birliyinin yeni qərarına əsasən xallar aşağıdakı kimi hesablanacaq. 
mailservice

* Əgər Qitə çempionatlarında çəki dərəcəsində 1 üçüncü yer olarsa (skandinaviya sistemindəki kimi) 7 xalla qiymətləndiriləcək. 

Çəki dərəcələrində iştirakçılarının sayı da xalların hesablanmasına təsir edəcək. Məsələn, qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatında 70 kq çəkidə 40 iştirakçı olacağı təqdirdə çempion 25 + 40 = 65 xal qazanacaq. Belə olan halda, iştirakçı sayı çox olan yarışlarda xallar da yüksək olacaq. 

İdmançı xalları fərdi qaydada qazanır. Əgər 2017-ci ilin Dünya çempionatına Rio Olimpiadasının iştirakçısı olmayan idmançı gedərsə o, püşkatmada iştirak edəcək. 

Reytinqdə ilk sırada olan idmançı yarış protokolunda ən üst qrupda yer alacaq. Reytinqin üçüncüsü yuxarı qrupun sonunda, ikinci olan idmançı isə protokolun aşağı qrupunun ən üstündə mübarizəyə qoşulacaq. Reytinqin 4-cüsü olan idmançı isə protokolun aşağı qrupunun sonunda yer alacaq. 

Püşkatmada iştirak etməyən idmançılar təsnifat mərhələsindən azad ediləcək. Əgər püşkatmanın nəticəsində idmançılardan 3 nəfəri təsnifat mərhələsindən azad edilirsə, bu halda reytinqdə 4-cü olan güləşçi təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Əgər 2 nəfər azad edilirsə reytinqdə 3-cü və 4-cü olan idmançılar, 1 nəfər azad edilirsə 2-ci, 3-cü və 4-cü olan idmançılar mübarizəyə təsnifat mərhələsindən başlayacaq. 

Əgər ilk dördlükdə qərarlaşan idmançılardan biri və ya bir neçəsi çempionatda  iştirak etməzsə onların yerini reytinqdə növbəti mövqelərdə qərarlaşmış idmançılar tutacaq. 

https://unitedworldwrestling.org/article/details-of-the-2017-world-championship-seeding-system


Oxu 3212 dəfə
Tweet

Comments   

 
0 #1 Jody 2017-06-13 09:58
Hmm is anyone else having problems with the images on this blog loading?
I'm trying to figure out if its a problem on my end or if it's the blog.
Any responses would be greatly appreciated.


My website Jual Cincin Tunangan: http://saejewelry.com
Quote
 
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW