AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
07.04.2017 12:08

Yunan-Roma güləşçilərimizdən 4 nəfəri ilk beşlikdə yer alıb / REYTİNQ

Materialı qiymətləndirin
(2 səs)
Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb. 

Yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. 

Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu yerdədir.  

59 kq
9. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)
12. Murad Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)

71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (3)
19. İslambek Dadov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

75 kq
7. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (7)

80 kq 
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (7)

85 kq
6. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (7)

98 kq 
11. Orxan Nuriyev - U-23 Avropa çempionatı 1-ci yer (nr) 

130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxu 2103 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW