AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
06.04.2017 11:31

Sərbəst güləşçilərimizdən 5 nəfəri ilk beşlikdə qərarlaşıb / REYTİNQ

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb. 

Sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil ola bilib. 

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 4-cü olub.  

Onluğa daxil digər güləşçilərimiz isə Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) olub. 

57 kq 
12. Mahir Əmiraslanov - Yaşar Doğu turniri 2-ci yer (nr)
14. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (11)

61 kq 
4. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (4)
12. Əli Rəhimzadə - U-23 Avropa çempionatı 3-cü yer (nr)

65 kq 
2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
4. Hacı Əliyev - Dünya Kuboku 1-ci yer (5) 
12. Məhəmməd Müslümov - Ukrayna beyn. turniri 3-cü yer (15)
19. Teymur Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)

70 kq 
14. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 1-ci yer (19)
17. Gitinomaqomed Hacıyev - Ukrayna beyn. turniri 3-cü yer (nr)

74 kq 
2. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (2)

86 kq 
8. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (8)
18. Hacımurad Məhəmmədsəidov - Ukrayna beyn. turniri 1-ci yer (nr)

97 kq 
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)
7. Aslanbek Alborov - Yaşar Doğu turniri 1-ci yer (11)

125 kq 
11. Cəmaləddin Məhəmmədov - Dünya Kuboku 3-cü yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.




Oxu 2057 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW