AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
20.03.2017 17:28

Yığmamızın məşqçisi Dünya Güləş Birliyinin məşqçilik kursunda iştirak edib / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Martın 18-dən 20-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Beynəlxalq Olimpiya Komitəsinin məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin yunan-Roma güləşi üzrə məşqçilərin toplantısı keçirilib.

Hər iki kursda Azərbaycan yunan-Roma güləşi üzrə yığma komandasının məşqçisi Nurəddin Rəcəbov da iştirak edib.

Kurs zamanı Dünya Güləş Birliyinin güləş qaydalarında edəcəyi dəyişikliklər barədə məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, qaydalar müzakirə edilib, praktiki məşğələlər keçirilib.

Kursların yekunu olaraq iştirakçılara sertifikatlar təqdim olunub.


Oxu 1060 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW