AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
10.03.2017 18:04

Olimpsport jurnalı 2016-cı ilin idman sorğusunun qaliblərini mükafatlandırıb / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Azərbaycan Mətbuat Şurasının və "Olimpiya dünyası" qəzetinin dəstəyi ilə "Olimpsport" jurnalının keçirdiyi sorğunun nəticələrinə əsasən 2016-cı ilin idman nominasiyası qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman ictimaiyyətinin nüfuzlu şəxsləri, millət vəkilləri iştirak edib.

Nominantlar arasında Azərbaycan Güləş Federasiyasının nümayəndələri də var. 

İlin ən fəal federasiya işçisi - Orxan Məmmədov (AGF idman şöbəsinin müdiri)
İlin idmançısı - Hacı Əliyev (ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc medalçısı)
İlin məşqçisi - Firdovsi Umudov (sərbəst güləş üzrə yığma komandanın baş məşqçi əvəzi)
İlin hakimi - Asif Şirəliyev (I-S beynəlxalq dərəcəli hakim) 
İlin mətbuat katibi - Mayis Musayev (AGF mətbuat katibi) 

Mükafatlandırma mərasiminin sonunda nominantlar və qonaqlar birgə xatirə şəkli çəkdirib. 


Oxu 819 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW