AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
22.02.2017 09:34

Yunan-Roma güləşçilərimiz hazırlıqları İstanbulda davam etdirir / FOTO

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 11-dən Türkiyənin İstanbul şəhərində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır. 

Yığma komandanın baş məşqçisi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbov və Şaban Donatın rəhbərliyi altında yığma komandanın 20 üzvü İstanbulda hazırlıq keçir. Təlim məşq toplanışında Azərbaycan və Türkiyə güləşçiləri ilə yanaşı, Qırğızıstan, Bolqarıstan, Gürcüstan və İsveç yığma komandasının üzvləri iştirak edir. 

Birgə təlim-məşq toplanışı martın 3-dək davam edəcək. Ardınca yığma komandamızın üzvləri Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq. 

Oxu 1509 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW