AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI
insta fb tw yt
05.01.2017 10:58

Sərbəst güləşçilərimizdən 7 nəfəri ilk onluqda / REYTİNQ

  • Çap
  • Email
Materialı qiymətləndirin
(1 Səs)
Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. 

Sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib. 

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında da 3-cüdür. 

Qeyri-olimpiya çəki dərəcəsində Dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub. 

Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub. 

57 kq 
3. Hacı Əliyev - Olimpiya Oyunları 3-cü yer (3)
13. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (nr)
16. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (13)

61 kq 
3. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (nr)

65 kq 
2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
14. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (16)
20. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (18)

70 kq 
14. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (nr)
15. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (8)

74 kq 
3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (4)

86 kq 
3. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (3)
11. Nurməhəmməd Hacıyev - Almaniya Qran Pri turniri 1-ci yer (10)
14. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (13)

97 kq 
2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)

125 kq 
10. Cəmaləddin Məhəmmədov - Almaniya Qran Pri turniri 1-ci yer (11)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Oxu 3455 dəfə
Tweet

Add comment



Refresh

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

minkult
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi

minkult1
Dünya Güləş
Birliyi

logo UWW